BİRJA

06 Oktyabr

Dollar/TL-də yeni rekord

ABŞ istiqrazlarında geriləmə davam edərkən, dollar qlobal bazarlarda məhdud da olsa müsbət mövqedədir. Digər tərəfdən, geosiyasi proseslərin yaşandığı bir mühitdə Dollar/TL məzənnəsində yeni rekord sınaqdan keçirilib.

Dollar/TL məzənnəsi 0,5 faizdən çox artaraq 27,76-ya çatıb. Məzənnədə rekord səviyyə gördükdən sonra 27.70-də sabitləşib. Dollar/TL məzənnəsində son bir ayda 3 faizdən çox artım olub.

Avro/TL məzənnəsi də 29,27-yə çatıb. Türkiyənin 2 illik göstərici istiqraz faizi 24,17 faizlə ticarət edildiyi halda, Türkiyənin risk mükafatı 408 baz bənddir.

Günel Məlikzadə
Fins.az