Oktyabrın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,03% – 33,119.57 bəndədək, SP 500 indeksi 0,13% – 4,258.19 bəndədək, Nasdaq indeksi isə 0,12% – 13,219.84 bəndədək azalıb.
Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında Oktyabrın 5-də Fransanın FTSE 100 indeksi 0,53% – 7,451.54 bəndədək, CAC-40 indeksi 0,02% – 6,998.25 bəndədək artıb, Almaniyanın DAX indeksi isə 0,20% – 15,070.22 bəndədək azalıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,09% azalaraq 1.0540 dollar təşkil edib.
Günel Məlikzadə
Fins.az