Asiya-Sakit Okean bazarları yüksəlib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Yaponiyada Nikkei 225 yüzdə 0,53, Topix isə 0,67 faiz artımla alınıb-satılıb.
Cənubi Koreyada Kospi 0,78 faiz, Kosdaq isə 1,41 faiz artıb. Ölkənin sentyabr ayı istehlak qiymətləri indeksi əvvəlki illə müqayisədə 3,7 faiz, iqtisadçıların 3,4 faiz artım proqnozundan yüksək olub.
Avstraliyada SP/ASX 200 0,19 faiz bahalaşıb.
Honq Konqun Hang Seng indeksi ticarətin ilk saatında üfüqi xəttin üstündə ticarət edir, Hang Seng Tech Index isə yüksəlişdədir.
Çin bazarları isə bir həftəlik tətil üçün bağlı qalacaq.
ABŞ-da hər üç əsas indeks gecəni yaşıl rəngdə bağlayıb. Dow Jones Industrial Average üç günlük dəyər itirmə seriyasını qıraraq 0,39 faiz artaraq 33 129,55 bənddən bağlanıb. SP 500 0,81 faiz artımla 4263,75 bənddə bağlanıb. Eynilə, Nasdaq da 1,35 faiz artımla 13 236,01 bənd bağlanıb.
Günel Məlikzadə
Fins.az