BİRJA

13 Sentyabr

Mərkəzi Bankının 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2156024708 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Fins.az-a verilən məlumata görə, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 9,606.3941 (8.78%) manat və 9,632.7500 (8.17%) manat olan 8 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 74,250,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,631.4370 (8.2%) manat və orta ölçülmüş qiyməti isə 9,631.5004 (8.2%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 28.02.2024-cü ildir.

Fuad Mədətov
Fins.az