BİRJA

08 Sentyabr

Qızılın qiyməti 1 948 dollar olub

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,3% artaraq, 1 948,4 ABŞ dollarına bərabər olub.

Fins.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,43% artaraq, 23,34 dollar təşkil edib.