Bakı Fond Birjasında 2023-cü ilin yanvar-avqust ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 12,929,431,627 manat təşkil etmişdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% böyümə qeydə alınmışdır.
BFB-dan Fins.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 28%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 72% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 110% artım olmuşdur.
O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 10 dəfə artım qeydə alınmışdır.
2023-cü ilin avqust ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 4,944,573,317 manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 21% böyümə qeydə alınmışdır.
Zəminə Hüseyn
Fins.az