Avqustun 30-da “Bakı Fond Birjası” QSC-nin səhmdarlarınının növbədənkənar iclası keçirilmişdir.
Fins.az xəbər verir ki, iclasın qərarına əsasən cənab Fərid Axundov Bakı Fond Birjasının Müşahidə Şurasının üzvü və sədri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, cənab Fərid Axundov daha öncə ölkəmizin qabaqcıl maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışmışdır və bu sahədə olduqca zəngin təcrübəyə malikdir.