Avqustun 21-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Merano Baku” ASC-nin ümumi dəyəri 100,000 (yüz min) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, sentyabrın 4-də “Merano Baku” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir: