Bu ilin yanvar-iyul aylarında Azərbaycan 72,1 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 23% azdır.
Bu barədə Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 93,7 mln. dollar təşkil edib.