BİRJA

10 Avqust

AMB: Valyuta hərracında tələb təmin edildi - 10.08.2023

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 32,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, avqustun 8-də hərracda tələb 4,0 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Fins.az