BİRJA

28 İyul

“AzFinance İnvestisiya Şirkəti” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyulun 28-də Bakı Fond Birjasında “AzFinance İnvestisiya Şirkəti” QSC-nin tədavül müddəti 366 gün (1 il), nominal dəyəri 1,000 ABŞ dolları olan AZ2004019710 dövlət qeydiyyat nömrəli 1,000,000 (bir milyon) ABŞ dolları həcmində olan, diskontlu, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə rəqabətli hərrac yekunlaşıb.

BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000 ABŞ dolları təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000 ABŞ dolları təşkil edib.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların ödəmə tarixi 28.07.2024-cü ildir.