BİRJA

25 İyul

\"Azeri Light\" markalı Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Fins.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,14 ABŞ dolları və ya 2,54% artaraq, 86,29 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.