BİRJA

20 İyul

Dünya fond bazarlarının indeks göstəriciləri

İyulun 19-də Amerika fond bazarında Dow Jones indeksi 0.31% – 35,061.21 bəndədək, SP 500 indeksi 0.24% – 4,565.72 bəndədək, Nasdaq indeksi isə 0.03%– 14,358.02 bəndədək artıb.

Fins.az xəbər verir ki, Avropa fond bazarlarında iyulun 19-də Almaniyanın DAX indeksi 0.10% – 16,108.93 bəndədək azalıb, FTSE 100 indeksi 1.80% – 7,588.20 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.11% - 7,326.94 bəndədək artıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0.17% artaraq 1.1220 dollar təşkil edib.