BİRJA

19 İyul

“VMF” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyulun 19-da Bakı Fond Birjasında “VMF” MMC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 100 manat olan AZ2001025488 dövlət qeydiyyat nömrəli 1,000,000 (bir milyon) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə birqiymətli hərrac yekunlaşıb.
 
BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 12 investor tərəfindən 12 sifariş təqdim edilib.
 
İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 90 gündən bir təşkil edir.
 
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,000,000 manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,000,000 manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.