BİRJA

05 İyul

Bakı Fond Birjasında "BOA Agency" ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb

İyulun 5-də Bakı Fond Birjasında "BOA Agency" ASC-nin AZ1001025407 dövlət qeydiyyat nömrəli 86 000 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.

BFB-dan Fins.az-a verilən məlumata görə, abunə yazılışı zamanı anderrayterə 2 investor tərəfindən 1 manat qiymətindən 2 sifariş təqdim edilib.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 86 000 manat təşkil edib. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 86 000 manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.

Zəminə Hüseyn
Fins.az