BİRJA

05 İyul

Mərkəzi Bankın 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyulun 5-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2109024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,938.2394 (7.99%) manat və 9,954.5519 (5.87%) manat olan 6 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 48,080,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 9,954.5519 (5.87%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.  
Notların ödəmə tarixi 02.08.2023-cü ildir.

Zəminə Hüseyn
Fins.az