BİRJA

21 İyun

Azərbaycan Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2106024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Fins.az-a BFB-dən məlumat verilib.

Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9816,7539 (8 %) manat və  9,831.6172  (7.34%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği  68,680,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti isə 9,831.6172 (7.34%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 13.09.2023-cü ildir.