BİRJA

05 May

“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Mayın 5-də Bakı Fond Birjasında “GL” ASC-nin tədavül müddəti 5 təqvim ili, nominal dəyəri 1,000 ABŞ dolları olan AZ2009020283 dövlət qeydiyyat nömrəli, 400,000 (dörd yüz min) ABŞ dolları həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
 
BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 15 %, faiz ödəniş dövrü isə hər ayda bir dəfə təşkil edir.
 
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 400,000 ABŞ dolları təşkil edib.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 400,000 ABŞ dolları təşkil edib.
 
İstiqrazların ödəmə tarixi 05.05.2028-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.