BİRJA

11 Aprel

BOKT “Falcon Finance” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - CƏDVƏL

Aprelin 13-də Bakı Fond Birjasında BOKT “Falcon Finance” MMC -nin ümumi dəyəri 700,000 (yeddi yüz min) manat olan istiqrazlarının yerləşdirilməsi  birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

BFB-dən Fins.az-a verilən məlumata görə, yerləşdirmə üzrə anderrayter “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.

Fevralın 27-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Falcon Finance” MMC -nin ümumi dəyəri 700,000 (yeddi yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.