Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101030044 ISIN-li, 50 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Fins.az-a verilən məlumata görə, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 90.9544 (9.9999%) manat və 94.8138 (5.5%)manat olan 60 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.3689 (5.9999%) manat, orta ölçülmüş qiyməti isə 94.6327 (5.7029%) manat olaraq müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 219,363,717 manat, yerləşdirilmiş həcmi isə 75,000,000 manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 02.04.2024-cü ildir.
Hərrac iştirakçıları 5 aprel 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.