BİRJA

03 Aprel

BFB Yohannesburq şəhərində baş tutmuş yığıncaqda iştirak edib

Bakı Fond Birjasının rəhbəri Eldar Abdullayev 27-29 mart tarixlərində Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində Dünya Birjaları Federasiyasının (WFE) və Yohannesburq Fond Birjasının təşkilatçılığı nəticəsində Dünya Birjaları Federasiyasına (WFE) üzv olan birjaların iştirakı ilə illik görüşdə, eləcə də ümumi yığıncaqda iştirak edib.

Fins.az xəbər verir ki, tədbir çərçivəsində Dünya Birjaları Federasiyasına (WFE) üzv olan birjaların gələcək inkişafı və ölkələr ərazisində birja ticarətinin aktual məsələləri, qiymətli kağızlar bazarının genişləndirilməsi, eyni zamanda, sistem risklərinin səmərəli idarə edilməsi, kapital bazarının inkişafı, illik büdcə və üzvlük qaydaları haqqında geniş müzakirə olunub.

Qeyd edək ki, Bakı Fond Birjası 2020-ci il tarixindən Dünya Birjaları Federasiyasının (WFE)  üzvüdür.