Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (iyun müqavilələri üzrə) 0,03% azalaraq, 1 997,2 ABŞ dollarına bərabər olub.
Fins.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (may müqavilələri üzrə) isə 0,19% artaraq, 24,04 dollar təşkil edib.