Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə BFB-dan Fins.az-a məlumat verilib.
Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 (yüz min) ağac olmaqla, ümumilikdə 1 000 000 (bir milyon) ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.
Bu gün Bakı Fond Birjasının əməkdaşları “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyasında iştirak edib.
Qeyd edək ki, bu aksiya ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, ərazilərin gözəlləşməsi istiqamətində dövlət tərəfindən keçirilən tədbirlərə BFB-nin kiçik bir töhfəsidir.