BİRJA

14 Mart

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - CƏDVƏL

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040067 ISIN-li, 40 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Fins.az-a verilən məlumata görə, hərrac zamanı 28 investor tərəfindən qiymət intervalı 83.3171 (14%) manat və 95.3428 (8.8%) manat olan 60  sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9982 (9.34%) manat, orta ölçülmüş qiyməti 94.5723 (9.1083%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 142,226,500 manat, yerləşdirilmiş həcmi isə 40,000,000 manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 10 mart 2026-cı il.

Hərrac iştirakçıları 15 mart 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edə ki,  hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.