Bakı Fond Birjası QSC (BFB) Listinq Komitəsinin qərarı ilə (29 dekabr 2022-ci il tarixində) "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəyəri 100,000,000 (bir yüz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
BFB-dən Fins.Az-a verilən məlumata görə, martın 3-də Bakı Fond Birjasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin ümumi dəyəri 100,000,000 (bir yüz milyon) ABŞ dolları olan istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi həyata keçiriləcəkdir. Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Fuad Mədətov
Fins.Az