BİRJA

01 Mart

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (aprel müqavilələri üzrə) 0,04% artaraq, 1 837,4 ABŞ dollarına bərabər olub.

Fins.Az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (may müqavilələri üzrə) isə 0,52% artaraq, 21,18 dollar təşkil edib.

©apa