BİRJA

28 Fevral

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Fevralın 28-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040059 ISIN-li, 40 mln. manat həcmində, 1092 gün olan tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Fins.Az-a verilən məlumat görə, Hərrac zamanı 22 investor tərəfindən qiymət intervalı 90.2430 (10.9001%) manat və 93.8995  (9.38%) manat olan 47  sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.1400 (9.6896%) manat, orta ölçülmüş qiyməti 93.6040 (9.5001%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116,758,000 manat, yerləşdirilmiş həcmi isə 40,000,000 manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 24 fevral 2026-cı il.

Hərrac iştirakçıları 01 mart 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.