BİRJA

31 Yanvar

Dünya bazarlarında neftin qiyməti azalıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin aprel müqaviləsinin dəyəri 0,4% azalaraq, 1 barelə görə 84,16 dollar təşkil edib.

Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,45% azalaraq, 77,55 dollara bərabər olub.