BİRJA

25 Yanvar

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Yanvarın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,31% – 33,733.96 bəndədək artıb, SP 500 indeksi 0,07% – 4,016.95 bəndədək, Nasdaq indeksi isə 0,27% – 11,334.27 bəndədək azalıb.

Fins.Az xəbər verir ki, Avropa fond bazarlarında yanvarın 25-də FTSE 100 indeksi 0,35% – 7,757.36 bəndədək, Almaniyanın DAX indeksi 0,07% – 15,093.11 bəndədək azalıb, Fransanın CAC-40 indeksi isə 0,26% - 7,050.48 bəndədək yüksəlib.

Avro isə ABŞ dolları qarşısında 0,11% dəyər qazanaraq 1,0899 dollara bərabər olub.