BİRJA

24 Yanvar

Dövlətə məxsus 28 avtomobil ucuz qiymətə satışa çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 28 fevral tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Fins.az quruma istinadən xəbər verir ki, həmin tarixdə 28 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələrinin başlanğıc qiyməti 1 000 manat olacaq və 14 000 manata qədər davam edəcək.

Əlavə edək ki, hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür.