BİRJA

24 Yanvar

Dünya birjalarında neftin qiymətləri dəyişib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.

Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,12 dollar azalaraq 88,07 dollar təşkil edib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,02 dollar bahalaşaraq 81,64 dollar olub.