Dünyanın ən böyük xam neft idxalçısı Çində tələbin artacağına dair gözləntilər fonunda neft qiymətləri bahalaşıb.
Fins.Az xəbər verir ki, "Brent" markalı neftin mart müqaviləsində bir barelin qiyməti 5 sent və ya 0,7% bahalaşaraq 88,24 ABŞ dolları olub.
WTI markalı neftin fevral müqaviləsində bir barelin dəyəri isə 13 sent və ya 0,3% artaraq 81,75 ABŞ dollarına çatıb.