BİRJA

21 Yanvar

Dünya birjalarında neft bahalaşıb

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,47 dollar artaraq 87,63 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,98 dollar bahalaşaraq 81,31 dollar olub.