BİRJA

06 Yanvar

“Brent” neftinin qiyməti 80 dollara yaxınlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin mart müqaviləsinin dəyəri 1,11% artaraq, 1 barelə görə 79,56 dollar təşkil edib.

Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,18% artaraq, 74,54 dollara bərabər olub.