29 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında ”Az-Lead” MMC-nin tədavül müddəti 360 gün, nominal dəyəri 100 manat olan AZ2001025132 dövlət qeydiyyat nömrəli, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 9 investor tərəfindən 100 manat qiymətindən 9 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 90 gün təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 1 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 29.12.2023-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “Az-Finance İnvestisiya Şirkəti” QSC-dir.