BİRJA

29 Dekabr

“Kapital Bank”ın səhmlərinin birjada delistinq edilməsi qərarı verildi

Kapital Bankın müraciəti əsasında Bakı Fond Birjasının Listinq Komitəsi (BFB) 28 dekabr 2022-ci il tarixində emitentin adi, adlı, sənədsiz səhmlərinin BFB-nin standart bazar seqmentindən delistinq edilməsi ilə bağlı qərar alıb.

"Fins.az" xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayıb.

Qeyd edilib ki, Bakı Fond Birjasının listinq qaydalarına əsasən delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra, yəni 28 fevral 2023-cü il tarixindən qüvvəyə minəcəkdir.