BİRJA

28 Dekabr

ASCO gələcəkdə 50 milyon dollar məbləğində istiqrazlar buraxa bilər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) perspektivdə daxili bazarda yerləşdirmək üçün 50 milyon dollar məbləğində istiqrazların emissiyasını həyata keçirə bilər. Bu barədə ASCO-nun sədri Rauf Vəliyev bəyan edib.

“ASCO Azərbaycan İnvestisya Holdinqindən 150 milyon dollar məbləğində istiqrazların buraxılmasına dair icazəyə malikdir. Hələlik biz 100 milyon dollar dəyərində istiqrazlar buraxırıq, perspektivdə daha 50 milyon dollar məbləğində istiqrazların emissiyasını planlaşdırırıq”, - Vəliyev çərşənbə günü jurnalistlərə deyib.

O, həmçinin məlumat verib ki, 2022-ci ilin yekunları üzrə ASCO-nun mənfəət göstəricisinin 2021-ci ilin gstəricisi ilə müqayisədə 40-50% artımı gözlənilir