28 dekabr, 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “Kredaqro” MMC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 100 manat olan AZ2003009167 dövlət qeydiyyat nömrəli, 500 min manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 9 investor tərəfindən 100 manat qiyməti ilə 9 sifariş təqdim edilib.
İstiqrazın illik faiz dərəcəsi 11 % , faiz ödəniş dövrü isə 90 gün təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 500 min manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 28.06.2024-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “Az-Finance İnvestisiya Şirkəti” QSC-dir.