BİRJA

27 Dekabr

Azərbaycanda daha bir BOKT yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Puldeks" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

Məlumata görə, yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 73A, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manatdır.

Kredit şirkətinin qanuni təmsilçisi isə Cahid Zöhrab oğlu Quluzadədir.

© Report