26 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2070008688 ISIN-li, 45 milyon manat həcmində, tədavül müddətli 9000 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1000 manat (3%) qiymətindən 1 sifariş təqdim edilmişdir. Hərrac qiyməti 1000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 45 milyon manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 45 milyon manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 17 avqust 2047-ci ildir.