Azərbaycanda fəaliyyət göstərən əsas fond birjası “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının üzvlərində dəyişiklik olub.
Fins.az xəbər verir ki, bu barədə BFB-nin rəsmi internet səhifəsində bildirilir.
Məlumata görə, BFB-nin Müşahidə Şurasının üzvləri bu şəxslər tərk ediblər:
- Sarvan Mikayılov – “Azərbaycan Sənaye Bankı” ASC-nin Maliyyə Departamentinin direktoru
- Cavid Rzayev – “Bank Respublika” ASC-nin Maliyyə Departamentinin direktoru
- Aydın Hüseynov – “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri
- Ceyhun Abdullayev – İnvest-AZ Yatırım Menkul Değerler” A. Ş. -nin Direktorlar Şurasının üzvü
Fuad İslamov isə BFB-nin Müşahidə Şurasının üzvü təyin edilib. Bildirək ki, F. İslamov hazırda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Baş direktorudur.