BİRJA

21 Dekabr

“CPM İnvestisiya Şirkəti”nin səhmlərinin ticarətə buraxılma tarixi açıqlandı

20 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “CPM İnvestisiya Şirkəti” ASC ümumi dəyəri 400 min manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

Birjanın yaydığı məlumata görə, 23 dekabr 2022-ci il tarixində qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.

Səhmlərin yerləşdirilməsi 7 iş günü ərzində başa çatdırılacaqdır.

Kütləvi təklif olunan səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata keçiriləcəkdir: ilk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi, daha sonra isə digər investorlar arasında səhmlərin yerləşdirilməsi baş tutacaqdır.

Yerləşdirmə üzrə anderrayter “CPM İnvestisiya Şirkəti” ASC-dir.