BİRJA

19 Dekabr

Mərkəzi Bankın tərəf qismində çıxış etdiyi Repo hərracı keçiriləcək - MƏBLƏĞ

20 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəf qismində çıxış etdiyi Repo hərracı keçiriləcəkdir. 

Birjanın yaydığı məlumata görə, hərracın məbləği 100 milyon manatdır.

Repo hərracının parametrləri barədə məlumat: 

Hərracın tarixi:20.12.2022

Hərrac vaxtı: 10.30-11.00

Hərracın məbləği: 100.000.000 manat

Repo müddəti7 gün

Repo predmeti: AZ2001008351

Repo predmetinin sayı: 100.000.000 ədəd

Repo açılış qiyməti:1 manat

Faiz dəhlizi: 6,26%-8,24%

Hesablama bazası: 365 gün

Bir bank tərəfindən verilən sifarişlərin ümumi həcminə limit: Açılış məbləğləri üzrə ümumi həcm hərracın məbləğinin maksimum 10%-i həcmində

Hərracın baş tutması üçün tələb olunan bank sayı: ən azı 5 bank