21 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC-nin ümumi dəyəri 350 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Birjanın yaydığı məlumata görə, 21 dekabr 2022-ci il tarixində qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 350 ədəd, hər birinin nomnal dəyəri 1000 manat, illik faiz dərəcəsi 14%-dir.
Yerləşdirmə üzrə anderrayter “Az-Finance İnvestisiya Şirkəti” QSC-dir.