BİRJA

19 Dekabr

Avropada qazın qiyməti 1 200 dollardan aşağı enib

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 200 ABŞ dollarından aşağı enib.

 19 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 176,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 270,7 dollar) ilə müqayisədə 7,4% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.