“CPM-İnvest İnvestisiya Şirkəti” ASC nizamnamə kapitalını 400 min manat və yaxud 2 dəfə artıraraq 400 min manatdan 800 min manata çatdırmağı planlaşdırır.
Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd yeni səhm buraxılacaq.
Qiymətli kağızları investisiya şirkətinin yeganə səhmdarı - Kəmalə Məmmədovanın alacağı gözlənilir.
(c)report
Xatırladaq ki, “CPM-İnvest” 2021-ci ildə yaradılıb.