“Bakı Polad Burazlar” ASC səhm buraxacaq.
Fins.az xəbər verir ki, bu barədə zavoddan bildirilib.
Məlumata görə, yanvarın 24-də zavodun səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda Cəmiyyətin səhmdarları tərəfindən borc vəsaitinin cəlb olunması və əlavə səhm emissiyası məsələsi müzakirə ediləcək.
Qeyd edək ki, “Bakı Polad Burazlar” ardıcıl olaraq 2020 və 2021-ci ili zərərlə başa vurub. Zavodun xalis zərəri illər üzrə müvafiq olaraq 123 min manat və 263 min manat təşkil edib.