30 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında "Unibank Kommersiya Bankı" ASC-nin kapital bazarlarında yeni istiqraz buraxılışını qeyd etmək məqsədi ilə ticarətə başlama zəngi mərasimi keçirilmişdir. Ümumi dəyəri 12,000,000 (on iki milyon) ABŞ dolları həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.