CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 29-da 85,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,18 dollar/barel çoxdur.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 82,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 51,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,21 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 83,94 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,29 dollar/barel çoxdur.