Trader.az ticarət platformasından "Unibank"ın illik 8% gəlirliliklə ABŞ dollarında olan istiqrazını sifariş edə bilərsiniz. Nominal dəyəri 1000 ABŞ dolları olan istiqrazların sayı 12000 ədəddir. Tədavül müddəti 6 il olan yatırım aləti üzrə kupon ödənişləri rüblük olacaq.
İstiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə 11.29.2022-ci il tarixində həyata keçiriləcək. Hərracdan sonra "Unibank" istiqrazlarını Trader.az vasitəsilə əldə edə bilərsiniz.
Əlavə edək ki, AzFinance investisiya şirkətinin qiymətli kağızlar bazarı üçün yaratmış olduğu trader.az ticarət platforması Azərbaycan kapital bazarında bütün yatırım alətlərini investorlara təklif edir.